BaşlıcaSiyasət

“Ermənistan” fraksiyasının deputatı hansı təqdirdə mandantlardan imtina edəcəyini bildirib

Parlamentin müxalif “Ermənistan” fraksiyası növbədənkənar seçkilər keçirmək üçün deputat mandatlarından imtina etməyə hazırdır, lakin bir şərtlə ki, Nikol Paşinyan baş nazir səlahiyyətlərini icra edən kimi qalmasın.

Bu barədə fraksiyanın deputatı Artur Xaçatryan Parlamentin spikeri Alen Simonyanın bəyanatına toxunaraq parlament brifinqində deyib.

“Lakin şərt şərt olmalıdır: Nikol Paşinyan baş nazir səlahiyyətlərini icra edən kimi qalmamalı və seçkilərdə səsləri təmin etmək üçün bütün inzibati resurslardan istifadə etməməlidir. Deyirlər ki, Nikol Paşinyan iki dəfə istefa verib. İstefa verib, amma eyni rıçaqla baş nazir səlahiyyətlərini icra edən olaraq qalıb, istefa verib-verməməsinin nə fərqi var” – deyə Xaçatryan bildirib.

Daha öncə növbədənkənar seçkilərin keçirilməsi tələbinə toxunan Alen Simonyan müxalifətə növbədənkənar seçkilər üçün mandatdan imtina etməyi təklif edib.

Daha çox göstər
Back to top button