BaşlıcaSiyasət

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşünü alqışlayırıq: Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşünü alqışlayır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Mayın 10-da baş tutacaq bu görüşü alqışlayırıq. Rusiya Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin təşviqi üçün yardım göstərməyə davam etməyə hazırdır. Xatırladaq ki, aprelin 22-də Moskvada Rusiya və Azərbaycan prezidentləri arasında danışıqlar aparılıb və bu gün Rusiya lideri ilə Ermənistanın baş naziri arasında görüş olacaq. Bu danışıqların gündəliyində Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi məsələləri var”, – o vurğulayıb.

Daha çox göstər
Back to top button