BaşlıcaSiyasət

2024-cü ildə Ermənistan KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina edəcək

Bu il Ermənistan KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina edəcək. Bu  haqda jurnalistin sorğusuna cavab olaraq Xarici işlər nazirliyinin sözçüsü Ani Badalyan bildirib.

“Ermənistan Respublikası 2024-cü il Kollektiv Təhlükəsizlik Müqaviləsində KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2023-cü il büdcəsi haqqında”, noyabrın 23-də qəbul edilmiş qərara qoşulmaqdan və təşkilatın nəzərdə tutduğu fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməkdən, eyni zamanda bu qərarın məhdud tərkibdə qəbul edilməsi məsələsində  bitərəf qalacaq”- deyərək Xarici işlər nazirliyinin nümayəndəsi bildirib.

Daha çox göstər
Back to top button