BaşlıcaEkonomika

2024-cü ilin ilk üç ayında Ermənistanın xarici ticarət dövriyyəsi təxminən 9,1 milyard dollar təşkil edib

2024-cü ilin ilk üç ayında Ermənistanın xarici ticarət dövriyyəsi təxminən 9,1 milyard dollar təşkil edib. Bu ilin birinci rübündə Ermənistanın xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 9 milyard 169,7 milyon dollar təşkil edib. Bu barədə Ermənistan Respublikasının Statistika Komitəsi təqdim edib.

Fevral ayı ilə müqayisədə martda ticarət dövriyyəsi 7,3 faiz artıb. 2024-cü ilin mart ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,1 dəfə artaraq 3 milyard 568,2 milyon dollar olub.

İlin birinci rübündə Ermənistandan ixrac ötən ilin analoji dövrünün göstəricisini 2,7 dəfə üstələyərək 4 milyard 422,8 milyon dollar təşkil edib.

2024-cü ilin ilk üç ayında idxal əvvəlki ilin eyni dövrünün göstəricisini 75,8 faiz üstələyərək 4 milyard 746,9 milyon dollar təşkil edib.

Daha çox göstər
Back to top button