BaşlıcaMədəniyyətSiyasət

Azərbaycanın Artsaxın erməni kimliyinin islamlaşdırması siyasətinin başlanğıcı qoyulur: Hovik Avanesov

1992-ci ilin Mayın 8-9-da erməni özünümüdafiə qüvvələri tərəfindən Artsaxın azad edilməsi mübarizəsində vacib hərbi əhəmiyyət kəsb edən Şuşi qala şəhəri azad edilib. Üçüncü Artsax müharibəsindən sonra Şuşi Azərbaycanın işğalı altındadır.

“Süni yaradılmış Azərbaycan formalaşdığı ilk gündən, yəni 1918-ci ildən erməni mədəni irsinin mənimsənilməsi və məhv edilməsi siyasətini qəbul edib ki, bu da Azərbaycanın anti-erməni siyasətinin ayrılmaz hissəsidir”-deyə Hayk mədəniyyətinin ombudsmanı, azərbaycanşünas Hovik Avanesov Facebookda canlı yayımda bildirib.

O qeyd edir ki, qala şəhərinin işğaldan azad edilməsindən sonra Şuşinin mədəni irsi Azərbaycan  tərəfindən daim mənimsənilib, saxtalaşdırılıb, tarixi və həqiqiliyi də saxtalaşdırılıb.

“Bundan başqa, Azərbaycan faktları saxtalaşdırıb, guya erməni tərəfi Şuşi məscidlərini də hədəfə alıb, vandalizmə məruz qoyub, bu, doğru deyil. Daha çox deyim ki, dövlət səviyyəsində və özəl investisiyalarla Şuşidəki məscid bütün prinsiplər, eləcə də mütəxəssislərin rəyi nəzərə alınmaqla, mütəxəssislərin, o cümlədən İrandan olan mütəxəssislərin cəlb edilməsi ilə bərpa edilib” – deyə azərbaycanşünas bildirib.

O qeyd edib ki, 2020-ci il müharibəsi zamanı Şuşinin mədəni irsini informasiya müstəvisində hədəfə almaqla yanaşı, Azərbaycan silahlı qüvvələrinin bilavasitə hədəfinə çevrilib, sonra isə işğaldan sonra mədəni irsin məhv edilməsi siyasətinə paralel olaraq, “bərpa” işlərinə başlanılıb.

“Surb Qazançetsots Kilsəsinin ərazisində kilsənin bütövlüyünü pozarkan işlər aparılır. Təqdim olunur ki, guya əvvəlki görkəmi bərpa edirlər, amma bunun realıqla heç bir əlaqəsi yoxdur.

Şuşinin tarixinin erməni izi, erməni mənşiyyəti də inkar edilir və islam dünyasının mədəniyyət mərkəzi kimi təqdim edilir.

Bununla təkcə Şuşi deyil, həm də Azərbaycanın Artsaxın tarixi erməni kimliyini islamlaşdırmaq siyasətinin başlanğıcı qoyulur. Bu, yenidən dövlət səviyyəsində həyata keçirilir” – deyə Avanesov qeyd edib.

Daha çox göstər
Back to top button