BaşlıcaEkonomika

Bu ilin mart ayında Ermənistanda orta aylıq nominal əmək haqqı 307 min dramı ötüb

Ermənistanda maaş artımı tendensiyaları qorunub saxlanılır. Bu barədə ER Statistika komitəsi məlumatlandırıb.

2024-cü ilin yanvar-mart aylarında Ermənistanda orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq göstəricisindən 8,2 faiz yüksək olub və 282 879 dram təşkil edib.

Bu ilin mart ayında fevral ayı ilə müqayisədə 12,5 faiz, ötən ilin mart ayına nisbətən isə 8,1 faiz artıb.

Qeyd olunur ki, bu ilin mart ayında Ermənistanda orta aylıq nominal əmək haqqı 307 min 655 dram olub.

(Xatırladaq ki, 1 dollar 395 dramddır).

Daha çox göstər
Back to top button