BaşlıcaSiyasət

Həbs olunmuş rusiyalı jurnalistlərin sayı rekord həddə çatıb: BMT

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk 2022-ci ilin fevralında Ukrayna müharibəsindən sonra güclənən jurnalistlərə qarşı Rusiya hakimiyyətinin repressiyalarını pisləyib.

“Rusiyada söz azadlığına qarşı davam edən hücumlar və müstəqil jurnalistikanın kriminallaşdırılması dərin narahatlıq doğurur”, – Türk açıqlamasında bildirib.

O, “sadəcə öz işini gördüklərinə görə” saxlanılan jurnalistləri azad etməyə çağırıb.

BMT-nin insan haqları ofisi bildirib ki, Ukraynada müharibəsindən sonra həbsdə olan jurnalistlərin sayı rekord həddə çatıb. Ən azı 30 jurnalist müxtəlif cinayət ittihamları ilə saxlanılıb.

Daha çox göstər
Back to top button