BaşlıcaSiyasət

İsrail XİN-i: “Erdoğan İsraillə bir çox ticarət məhdudiyyətlərini ləğv etdi”

İsrailin Xarici işlər naziri İsrael Katz bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan öz respublikasının yəhudi dövləti ilə ticarətinə Qəzza zolağındakı vəziyyətlə əlaqədar tətbiq edilən bir sıra məhdudiyyətləri artıq aradan qaldırıb.

“Erdoğan ticarət məhdudiyyətlərindən şoxunu aradan qaldırdı və ya ləğv etdi və dərs aldığı aydındır. Biz diktatorun təhdidinə boyun əyməməli və alternativlər yaratmalı və hər an hər şeyi dayandıra bilən Müsəlman Qardaşlarının adamından asılı olmamalıyıq” – deyə İsrailin XİN rəhbəri öz X mikrobloqunda yazıb.

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda İsraillə Türkiyə arasında münasibətlər kəskin şəkildə pisləşib. Tərəflər dəfələrlə bir-birinin ünvanına sərt açıqlamalar verib.

 2023-cü il oktyabrın sonunda İsrail Xarici işlər nazirliyi İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün Ankaradan diplomatların geri çəkildiyini elan etdi.

Öz növbəsində Türkiyə də məsləhətləşmələr üçün Tel-Əvivdəki səfirini geri çağırıb.

Aprelin 9-da Türkiyənin Ticarət nazirliyi İsraillə tikinti materialları, sənaye avadanlıqları və metal məmulatları da daxil olmaqla 54 növ məhsula ticarət məhdudiyyəti qoyub.

Daha çox göstər
Back to top button