BaşlıcaSiyasət

Peskov Rusiya hərbçilərinin ER  müxtəlif bölgələrindən çıxarılması barədə: Paşinyan və Putin bu məsələdə razılığa gəliblər

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Federasiyasının sərhəd qoşunlarının və hərbi postlarının Ermənistanın müxtəlif bölgələrindən çıxarılması qərarından danışıb.

Peskov bu barədə “Ria Novosti”yə məlumat verib. Doğrudan da, şərtlər dəyişdiyi üçün Paşinyanla Putin bu məsələdə razılığa gəliblər” – deyə o, bildirib.

Peskov əlavə edib ki, Ermənistan tərəfinin tələbi ilə Rusiya sərhədçiləri İran və Türkiyə ilə sərhəddə qalacaq.

Bundan öncə “KP” qruplaşmasının rəhbəri Hayk Koncorian bildirmişdi ki, 44 günlük müharibə zamanı və ondan sonra əldə olunan razılaşmaya əsasən, Rusiya sərhədçiləri və Tavuş, Syünik, Vayots Dzor Geqarkunik, Ararat bölgələri postları yerləşdirməni dayandıracaq və bu məntəqələrdən çıxacaqlar.

Daha çox göstər
Back to top button