BaşlıcaSiyasət

Almatıda XİN başçıları arasında danışıqlar konstruktiv şəraitdə keçib: Mirzoyan

Almatıda Ermənistan və Azərbaycan arasında xarici işlər nazirləri səviyyəsində danışıqlar konstruktiv şəraitdə keçib.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanda ATƏT-in hazırkı sədri Yan Borq ilə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyinin qiymətləndirməsi Qazaxıstanda aparılan danışıqların yekunlarına dair məlumatda öz əksini tapıb:

“Proses bizim dəfələrlə bəyan etdiyimiz prinsiplər əsasında davam edir”.

Daha çox göstər
Back to top button