BaşlıcaSiyasət

ATƏT-in fəaliyyətdə olan sədri:  “Mən Bakıdakı azərbaycanlı həmsöhbətlərimi danışıqlarda etibarlı və sabit öhdəlik götürməyə çağıracağam”

Ermənistan və Azərbaycan arasında sabit və hərtərəfli sülhə nail olmaq ATƏT-in önəmli məsələsi olaraq qalır.

Alınan məlumata görə, bu haqda ER Xarici işlər naziri Ararat Mirzoyanla Yerevanda keçirdiyi mətbuat konfransında Maltanın Xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Yan Borc bildirib.

“Dialoq və diplomatiya yeganə yoldur. Əminik ki, bərabərhüquqlu dövlətlər arasında praqmatizm və dürüstlük əsasında konstruktiv dialoq hərtərəfli və davamlı sülhə nail olmaq üçün zəruridir.

Sərhədin liberallaşdırılması istiqamətində əldə edilən irəliləyişlər, şübhəsiz ki, bu yolda dəyərli addımdır. Sabah Bakıda mən bu mesajları azərbaycanlı həmsöhbətlərimə çatdıracağam və danışıqlarda etibarlı və sabit öhdəliyə çağıracağam” – deyə Maltanın Xarici işlər naziri bildirib.

Onun sözlərinə görə, onilliklər boyu davam edən münaqişə və iztirablardan sonra Ermənistan və Azərbaycan xalqlarının həqiqətən layiq olduqları sülh, təhlükəsizlik və firavanlığa nail olmaları zəruridir.

“ATƏT olaraq biz regionda humanitar problemlərin həllinə, xüsusən də məcburi köçkünlərin və münaqişədən təsirlənmiş bölgələrdə yaşayan insanların böhranlı vəziyyətinin həllinə yönəlmiş səylərdə daha çox iştirak etməyə hazırıq. Eyni zamanda, biz bundan sonra da davam edəcəyik.

 Münaqişənin aradan qaldırılması üçün müsbət impuls yaradan və nəzərəçarpacaq nəticələr verən bütün milli və beynəlxalq təşəbbüsləri dəstəkləməyi davam edəcəyik”- deyə Yan Borg təfərrüatlandırıb.

Daha çox göstər
Back to top button