
Avrasiya sabitləşdirmə və inkişaf fondunun şurası iqtisadi islahatları dəstəkləmək məqsədilə Ermənistan Respublikasına 100 milyon dollar məbləğində maliyyə ayırmağı qərara qəlib.
Fondun mətbuat xidmətindən bildiriblər ki, vəsaitlər 2024-cü ildə büdcənin dəstəkləməsinə yönəldiləcək və ER hökumətinin islahat lahiyəsinin icrasının məbləği əsasında ayrılacaq.
Lahiyə iqtisadi artım potensialı, eləcə də əmək bazarının səmərəliliyinin artırılması və sabit inkişaf üçün tədbirlərin həyata keçirilməsini nəzərdə tuturdu.
Avrasiya sabitləşdirmə və inkişaf fondu 2009-cu ildə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın təşəbbüsü ilə yaradılmış, həcmi 9 milyard dollardan çox olan regional maliyyə mexanizmidir. Avrasiya sabitləşdirmə və inkişaf fondunun məqsədləri Fonda üzv ölkələrin iqtisadi və maliyyə sabitliyinə töhfə vermək, eləcə də onların davamlı inkişafına dəstək verməkdir.







