BaşlıcaSiyasət

Vasilis Maraqos: “AB Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləyir”

Avropa Birliyi Ermənistan və Azərbaycan arasında sülh və münasibətlərin normallaşması proseslərini dəstəkləyir. Alınan məlumata görə, bu haqda  AB-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos mətbuat konfransı zamanı Ermənistan-Avropa Birliyinin təhlükəsizlik sahəsində əməkdaşlığına toxunaraq deyib.

“Avropa Birliyi regionda sülh və normallaşma proseslərini dəstəkləyir. Avropa Birliyi  missiyasının Ermənistanda olması buna əyani  sübutdur.

 Missiyanın Ermənistan-Azərbaycan sərhədində olması gərginliyin azaldılmasına və insanların təhlükəsizliyinin yaxşılaşmasına kömək edib” –  deyərək    o, qeyd edib.

Daha çox göstər
Back to top button