
Avropa Komissiyasının icraçı vitse-prezidenti və Aİ-nin ticarət komissarı Valdis Dombrovskis Avropa İttifaqını təmsil edərək mayın 15-16-da Yerevanda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) illik toplantısında və biznes konfransında iştirak edəcək.
Missiyasının bir hissəsi olaraq Dombrovskis “Kritik xammallar” mövzusunda panel müzakirəsində iştirak edəcək, həmçinin AYİB və Qazaxıstan arasında “Aİ-Qazaxıstan üzrə Yol Xəritəsi”nin icrasının bir hissəsi olan Anlaşma Memorandumunun imzalanmasında iştirak edəcək.
Dombrovskis Ermənistan hökumətinin yüksək vəzifəli şəxsləri ilə görüşəcək. O, o cümlədən ER prezidenti Vaհaգn Xaçaturyan, ER baş naziri Nikol Paşinyan, həmçinin ER baş nazirinin müavinləri Mher Qriqoryan və Tiqran Xaçatryanla görüşəcək.
Moldovanın baş nazirinin müavini Dumitru Alaiba və Misirin beynəlxalq əməkdaşlıq naziri Rania Əl-Maşat ilə görüşlər planlaşdırılır.







