BaşlıcaSiyasət

Fransanın ER-da olan  səfiri:  “Hazırda Azərbaycan Ermənistan ərazisinin böyük bir hissəsini işğal edib və bu əraziləri tərk etməlidir”

Son zamanlar Tavuş-Qazax bölgəsində sərhədlərin demarkasiyası ilə bağlı Yerevan -Bakı razılaşmasını dəstəklədiklərini bildirən Qərb və region dövlətləri tərəfindən bir sıra bəyanatlar səsləndirilir.

 Bu arada Fransa ermənilərin Qərbdəki ən yaxın müttəfiqi kimi susur. Parisin bu məsələdə mövqeyi necədir? Mövzuyla bağlı  “Azatutyun”  ER-da Fransanın səfiri  Olivye Dekotinyi ilə  söhbət edib.

Olivye Dekontininin sözlərinə görə, demarkasiyanın başlaması yaxşıdır. Alma-Ata bəyannaməsi əsasında başlaması daha yaxşıdır. Bu, açıq şəkildə davam etdirilməli olan müsbət bir inkişafdır.

 Səfir vurğulayıb ki, Ermənistan Alma-Ata bəyannaməsi əsasında müəyyən güzəştlərə hazır olduğunu bildirib və Azərbaycanın da güzəştə gedəcəyi gözlənilir.

“Azərbaycan hazırda Ermənistan ərazisinin böyük bir hissəsini işğal edir və o, bu əraziləri tərk etməlidir. Fransanın Baş naziri bu yaxınlarda bunu xatırladıb.

Ona görə də düşünürük ki, bu, davam etməli olan yaxşı bir inkişafdır. Biz Azərbaycan və Ermənistanın Praqa Bəyannaməsində razılaşdıqları prinsiplər çərçivəsində demarkasiyanın davam etdirilməsini səbirsizliklə gözləyirik. Bu

, keçmiş sovet respublikalarının beynəlxalq sərhədlərini müəyyən edən Alma-Ata Bəyannaməsidir və tərəflər bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir və tanıyır” – deyərək səfir Olivye Dekontini bildirib.

Daha çox göstər
Back to top button