BaşlıcaEkonomika

AYİB Ermənistana “Şimal-Cənub” layihəsi çərçivəsində yolun tikintisi üçün 236 milyon avro kredit verəcək

Avropa yenidənqurma və inkişaf bankı “Şimal-Cənub” dəhlizinin Kacaran-Sisian yolunun tikintisi üçün Ermənistana 236 milyon avro kredit verəcək.

Layihənin ümumi dəyəri təxminən 373 milyon avro təşkil edir.

Yeni yol Şimal, Cənub və mərkəzi hissələrə bölünəcək. Kredit vəsaiti Cənub hissəsinin tikintisinə xərclənəcək.

Yol Kacaran-Sisian məsafəsini 118 kilometrdən 60 kilometrə qədər qısaldacaq, bununla da orta sürət saatda 50 kilometrdən 100 kilometrə yüksələcək.

Tikintinin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır.

Kredit sazişinin imzalanması AYİB-in Mayın 14-də başlayan və Mayın 16-dək davam edəcək illik toplantısı çərçivəsində planlaşdırılır.

Daha çox göstər
Back to top button