
Mayın 15-də Ermənistan və Avropa yenidənqurma və inkişaf bankı (AYİB) “Şimal-Cənub” dəhlizinin Kacaran-Sisian yolunun tikintisi üçün 236 milyon avroluq kredit sazişi imzalayıb.
Layihənin ümumi dəyəri təxminən 373 milyon avrodur. Yeni yol Şimal, Cənub və mərkəzi hissələrə bölünəcək.
Kredit vəsaiti Cənub hissəsinin tikintisinə xərclənəcək. Yol Kacarandan Sisiana qədər olan məsafəni 118 kilometrdən 60 kilometrə qısaldacaq, orta sürət isə saatda 50 kilometrdən 100 kilometrə yüksələcək. Tikintinin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır.
İmzalanma mərasimi Avropa yenidənqurma və inkişaf bankının Mayın 14-də Yerevanda başlayan və Mayın 16-dək davam edəcək illik iclası çərçivəsində planlaşdırılır.
Son beş il ərzində AYİB Ermənistana özəl sektorun inkişafına, infrastrukturun yaxşılaşdırılmasına, bərpa olunan enerji istehsalına və kənd yerlərinin rəqəmsallaşmasına dəstək olaraq 640 milyon avro investisiya edib.
Bu günə olan məlumata görə, AYİB Ermənistanın 210 layihəsində 2,1 milyard avrodan çox investisiya edib.







