BaşlıcaSiyasət

Armen Qriqoryan Peskovun bəyanatına toxunub

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun erməni tərəfinin Rusiya tərəfindən Rusiya sərhədçilərinin Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədində xidmətini davam etdirməsini xahiş etməsi barədə bəyanatına toxunub.

“Biz Rusiyaya təklif etdik ki, hava limanındakı, Sisian və Qorisdəki rus bazaları və 17 sərhəd məntəqəsi geri çəkilsin, onlar qəbul etdilər və Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərindən də çəkilmələrini istəyimizi soruşublar. Biz dedik ki, bu, müqavilədir və biz bunu müzakirə etmirik”,- Qriqoryan qeyd edib.

Daha çox göstər
Back to top button