
Demarkasiya və delimitasiya prosesinin əsasını 1976-cı ilin xəritələri təşkil edir, o xəritələrlə Ermənistanın harada, Azərbaycanın harada olduğunu bilirik. Ermənistan-Azərbaycan sərhədi bütünlüklə həmin xəritələrlə mövcuddur və ona görə də Ermənistana məxsus olan Ermənistanə keçəcək.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. O qeyd edib ki, beynəlxalq ictimaiyyətin güclü dəstəyi ilə irəliləmək mümkün olacaq.
“Bəli, müəyyən problemlərimiz var. 1976-cı il xəritəsinə görə, Ermənistan Respublikası ərazisində qalmayan 4 bina var. Biz tamamilə Ermənistan Respublikasının ərazisindən keçəcək yol çəkəcəyik. Bu proseslə biz daha çox təhlükəsizlik zəmanəti yaradırıq”,- Qriqoryan vurğulayıb.
O qeyd edib ki, qaz kəməri ilə bağlı da heç bir problem yoxdur.







