
Almaniya Bundestaqının Sosial Demokratlar fraksiyasının üzvlərindən ibarət nümayəndə heyəti mayın 20-22-də Ermənistan Respublikasına gələcək.
Bu haqda parlamentin sədri Alen Simonyanın imzaladığı sərəncamdan məlumatlanmışıq.
Almaniya nümayəndə heyətini parlamentin Xarici əlaqələr üzrə Daimi komitəsinin sədri Sarqis Xandanyan qəbul edəcək.







