
İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər seçkilərə qədər İran Prezidenti vəzifəsini icra edəcək.
Bu barədə IRIB telekanalı məlumat yayıb.
İran KİV-lərinin məlumatına görə, M.Möhbər İran Xüsusi Şurası tərəfindən təşkil olunacaq yeni prezident seçkilərinə qədər, yəni 50 gün ərzində prezident vəzifəsini icra edəcək.
İran hökuməti Prezident İbrahim Rəisinin ölümünün Nazirlər Kabinetinin işinə təsir etməyəcəyini bəyan edib.







