
Mayın 20-də Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Almaniya Bundestaqının Sosial-Demokratlar fraksiyasının üzvlərini qəbul edib.
Aldığımız məlumata görə, bu haqda ER parlamentinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamenti məlumatlandırıb.
Görüşdə parlamentin Xarici əlaqələr Daimi komitəsinin sədri Sarqis Xandanyan iştirak edib.
Ruben Rubinyan qonaqları salamlayaraq vurğulayıb ki, Ermənistan-Almaniya münasibətləri davamlı şəkildə inkişaf edir və buna son zamanlar həm qanunverici, həm də icra hakimiyyəti səviyyəsində aktiv qarşılıqlı səfərlər kömək edir.
Parlament sədrinin müavini bölgədəki təhlükəsizlik vəziyyətini təqdim edib, son hadisələrdən danışıb.
Sarqis Xandanyan Ermənistanın Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün atdığı addımlardan danışaraq, ER hökumətinin müəllifi olduğu “Sülh kəsişməsi” layihəsini həmkarlarına təqdim edib.
Alman qonaqlar bu təşəbbüsü alqışlayaraq, bunun regionda dinc yanaşı yaşamağa imkan verəcəyinə inandıqlarını bildiriblər.
Erməni parlamentarilər Dağlıq Qarabağdan məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün ER hökumətinin həyata keçirdiyi proqramları təqdim edərək, bu məsələdə beynəlxalq tərəfdaşların dəstəyini vurğulayıblar.







