
İran Ermənistanın ərazi bütövlüyünü müdafiə edir və indiyə qədər hansı dövlətlərin belə bəyanatlar vermədiyi göz qabağındadır. Bu haqda ER Xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistə müsahibəsində deyib.
“Ermənistan və İran arasında həmişə açıq dialoq mövcuddur ki, bu da ölkələrin öz münasibətlərini qura bildiyinin əsas təminatlarından biridir.
Ermənistan və İran hökumətlərinin tərkibindən asılı olmayaraq, regional məsələlərdə iki ölkənin mövqeləri kifayət qədər yaxındır. Həm İran, həm də Ermənistan hər zaman regionda vəziyyətin sabitləşməsi istiqamətində çalışacaqlar”.
Kostanyan əlavə edib ki, müxtəlif qüvvələrin mövcudluğuna baxmayaraq, Ermənistan İranla əməkdaşlığın inkişafına önəm verir.
“Bu, hökumətin 2021-2026-cı illər proqramında öz əksini tapmalıdır.Biz İranla əlaqələri inkişaf etdirməyə hazırıq.
Söhbət hansı qüvvələrdən getdiyinə gəlincə (Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə İranın ruhani lideri Əli Xamneyi bildirib ki, İranla Ermənistan arasında münasibətlərdə düşmənlər var – red.), məncə, bu barədə fikirlərə əsaslanaraq dinlənilən bəyanatlara qiymət vermək olar” – deyə nazir müavini vurğulayıb.







