
Ermənistanın 2023-cü il dövlət büdcəsinin defisiti ÜDM-in 2 faizini təşkil edib. Bu barədə Mayın 29-da Parlamentdə Maliyyə naziri Vahe Hovhannisyan Parlament komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, dövlət borcu ÜDM-in 48,1 faizini təşkil edib. “Dövlət borcunun ümumi daxili məhsula nisbəti 48,1 faiz təşkil edib. Bu, 2023-cü illə müqayisədə 1,4 faiz çoxdur” – deyə Hovhannisyan bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin əvvəlində həm defisit, həm də dövlət borcunun daha yüksək olacağı gözlənilirdi. Amma gözləniləndən yüksək iqtisadi artım və əlavə vergi daxilolmaları sayəsində vəziyyət yaxşılaşıb.







