
Ermənistan 2026-cı ildə böyüklər arasında atıcılıq üzrə Avropa çempionatına ev sahibliyi edəcək.
Bu barədə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.
Avropa Atıcılıq Konfederasiyasının qərarına əsasən, 2026-cı ildə Yerevanda 10 m məsafəyə atıcılıq üzrə Avropa çempionatı keçiriləcək.
ER təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan, həmçinin Atıcılıq Federasiyasının prezidenti Artur Hüvhannisyana təşəkkür edərək, qeyd edib: “Bu, həqiqətən də, TEMİ Nazirliyi və Ermənistan Atıcılıq Federasiyasının birgə səyləri ilə əldə etdiyimiz böyük uğurdur”.







