
Avropa Birliyi və Ermənistan təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək üçün müəyyən addımlar atır.
Bu haqda Avropa Xarici Fəaliyyət xidmətinin ümumi təhlükəsizlik və müdafiə siyasəti və böhrana cavab üzrə Baş katibinin müavini Çarlz Friz özünün X mikrobloqunda yazır.
“Ermənistanın Müdafiə naziri Suren Papikyanla konstruktiv görüş olub. Avropa Birliyi və Ermənistan təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək üçün müəyyən addımlar atır” – deyə Friz Suren Papikyanla fotosunu dərc edərkən bildirib.







