
“Geğard” Fondu Azərbaycan Prezidenti İlham Əliyevin “Ermənistan Xocalıda törətdiyi vəhşiliyi tanımalı və üzr istəməlidir” bəyanatına istinadla bəyanat yayıb.
“Geğard” Fondunun bəyanatını təqdim edirik:
“Bu günlərdə Artsaxda, işğal olunmuş İvanyanda (Xocalıda) Azərbaycan lideri İlham Əliyev bəyan edib:
“Ermənistanın özü Xocalıda törədilən vəhşiliyi tanımalı və bizdən üzr istəməlidir”.
Artsax hərəkatı zamanı Xocalı strateji əhəmiyyətli bir mövqe tuturdu. 1988-1991-ci illərdə Xocalının azərbaycanlı əhalisi ermənilərin gediş-gəlişinə, yük daşınmasına maneçilik törətmiş, erməni sakinləri oğurlamış, erməni kəndlərini daima atəşə tutmuşlar.
Bu müddət ərzində Xocalı və Şuşidən müxtəlif silahlardan istifadə etməklə erməni yaşayış məntəqələrinə hücumlar dayanmaq bilmirdi. (xüsusən də paytaxt Stepanakertə), ona görə də Xocalı və Şuşinin azad edilməsi Artsaxın azadlıq qüvvələri üçünolduqca böyük əhəmiyyət kəsb edirdi.
1992-ci ilin fevralında hərbi əməliyyatlar zamanı erməni qüvvələri Xocalının azərbaycanlı sakinlərinin qəsəbəni tərk etmələri üçün humanitar dəhliz yaratdılar.
Lakin Ağdam yaxınlığındakı Şell qəsəbəsi yaxınlığında Azərbaycan “Xalq cəbhəsi”nin yaraqlıları Xocalıdan çıxan azərbaycanlıları gülləbaran edir, sonra isə meyitləri murdarlayır, təhqir edirdilər (bu məlumatı azərbaycanlı telejurnalist Çingiz Mustafayevin iki gün çəkdiyi çəkilişdən alırıq).
Bu hadisələrdən günlər sonra Azərbaycan hadisəni ermənilərin mülki əhalinin həyata keçirdiyi “soyqırımı” kimi təqdim etdi.
Azərbaycanlıların illərdir yaydıqları bu uydurma tezis bu gün də dövlət səviyyəsində dolaşmaqdadır.
Bu vəhşiliklərin azərbaycanlılar tərəfindən təşkil edildiyini təkcə Xocalıdan sağ çıxan şahidlər deyil, Azərbaycanın keçmiş lideri Ayaz Mütəllibov “Nezavisimaya qazeta” qəzetinə müsahibəsində də sübut edir.
Onun sözlərinə görə, Xocalının vəhşiliyini hansısa qüvvələr onu gözdən salmaq, istefasını tələb etmək naminə təşkil ediblər.
Faktiki, daxili siyasi sui-qəsdlər nəticəsində azərbaycanlılar hakimiyyətə gedən yolda öz xalqını məhv etməkdən belə çəkinmədilər.
Əslində, Azərbaycan soyqırımı rejimi, xüsusən də Sumqayıt, Bakı, Qandzak, Artsax və onların nəzarəti altında olan digər ərazilərdə ermənilərə qarşı kütləvi qırğınlar və repressiyalar həyata keçirmiş İlham Əliyevin və Azərbaycan liderinin özünün soyqırım rejimiçün Artsax ermənilərindən üzr istəməli və günahkarları qəbul etməlidir. Artsax ermənilərinin öz vətənlərində azad və müstəqil yaşamaq iradəsivə hüququnu qəbul etməlidir”.







