BaşlıcaSiyasət

RF Ermənistanda və Ermənistanla Gürcüstan arasında dəmir yolu əlaqəsini bərpa etməyə başladığını açıqlayıb

“RF Baş nazirin müavini Aleksey Overçuk və ER Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın əldə etdiyi razılaşmalara əsasən, Rusiya Dəmir Yolları şirkətinin mütəxəssisləri Ermənistan daxilində və Ermənistanla Gürcüstan arasında mayın 25-də baş vermiş təbii fəlakət baş vermiş qəza nəticəsində zədələnmiş dəmir yolu əlaqəsinin bərpası üçün işə başlayıblar.

TASS xəbər verir ki, bu haqda jurnalistlərə Rusiya Baş nazirinin müavini Aleksey Overçukun mətbuat katibi Andrey Matveyev məlumatlandırıb.

“Ermənistan əhalisini həyati əhəmiyyətli mallarla təmin etmək üçün dəmir yolunun əhəmiyyətini nəzərə alaraq, Rusiya Federasiyası onun bərpası üçün maliyyə vəsaiti ayırır” – deyə  Matveev əlavə edib ki, rusiyalı mütəxəssislər Ermənistanın xarici aləmilə dəmir yolu əlaqəsini mümkün qədər tez bərpa etmək üçün hər şeyi edəcəklər.

Xatırladaq ki,daşqın nəticəsində səkkiz yerdə ümumi uzunluğu 2 km-ə qədər olan dəmir yolu relsləri zədələnib.

Daha çox göstər
Back to top button