
Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesi yalnız toxunulmaz hüquqi bazaya malik sənədlər əsasında aparılmalıdır, bu, Tavuşun artıq delimitasiya olunmuş hissəsində belə baş verib.
“Armenpress”in məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parlamentin daimi komissiyalarının birgə iclasında “ER 2023-cü il dövlət büdcəsinin icrası haqqında” illik hesabatın müzakirəsi zamanı əmin edib.
“Bizim birmənalı qərarımız budur ki, delimitasiya prosesi yalnız toxunulmaz hüquqi əsası olan sənədlərinə əsaslanmalıdır. Delimitasiy olunan hissədə isə belə oldu”, – deyə Mirzoyan bildirib.







