BaşlıcaSiyasət

Ermənistan Respublikasının xarici işlər naziri KTMT-nin baş katibi ilə əla münasibətlər qurduğunu bildirib

ER Xarici İşlər Naziri Ararat Mirzoyan Parlamentin daimi komissiyalarının birgə iclasında KTMT-nin baş katibi İmanqali Tasmaqambetovla əla münasibətlər qurduğunu bildirib.

Mirzoyan xüsusilə qeyd edib ki, o, Yerevanla KTMT arasında münasibətlər baxımından öz mövqeyini təşkilat rəhbərinə çatdırır.

“Mən baş katiblə əla şəxsi münasibətlər qurmuşam və öz mövqeyimi ona aydın şəkildə təqdim edirəm”, – Mirzoyan bildirib.

Tasmaqambetovun bir qədər əvvəl dediyi kimi, KTMT Ermənistanın siyasi rəhbərliyinin KTMT ilə münasibətlərinin perspektivlərinə aydınlıq gətirəcəyinə ümid edir.

Daha çox göstər
Back to top button