
Həm Ermənistan, həm də Azərbaycan bir-birinin konstitusiyalarında uzunmüddətli sülhün bərqərar olmasına maneələr görür, lakin onlara dəyişikliklərin edilməsi məsələsi iki ölkənin danışıqlarının gündəliyinə daxil deyil.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Daimi komissiyalarının birgə iclasında “ER 2023-cü il dövlət büdcəsinin icrası haqqında” illik hesabatın müzakirəsi zamanı müxalifətin “Hayastan” fraksiyasının deputatı Armen Rustamyanın sualına toxunaraq bildirib.
“Həm Azərbaycan, həm də Ermənistan uzunmüddətli sülhün bərqərar olması üçün hər biri digərinin Konstitusiyasında mühüm problemlər və maneələr gördüyü mövqe ortaya qoyub. Bu, heç də o demək deyil ki, məsələn, Ermənistanda konstitusiyaya dəyişikliklər məsələsi Ermənistanla Azərbaycan arasında danışıqların predmeti və ya gündəliyin bir hissəsidir, belə bir şey yoxdur” – deyə Xİ naziri bildirib.
O əlavə edib ki, onlar əmindirlər ki, həm Ermənistan, həm də Azərbaycanın Konstitusiyası hüquqi baxımdan uzunmüddətli sülhün bərqərar olması üçün problem ola bilməz.
“Nə bizim, nə də onların Konstitusiyalarına dəyişikliklər Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə daxil deyil” – deyə Mirzoyan təkrar edib.
Xarici işlər naziri xatırladıb ki, ER hökuməti Ermənistan Konstitusiyasına dəyişiklik edilməsindən hələ 2018-ci ildən danışıb. Bu, Ermənistanın işidir, buna daxildə qərar verilməlidir.







