
Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesində bir sıra məsələlər üzrə kifayət qədər geniş qarşılıqlı anlaşma var.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Daimi komissiyalarının birgə iclasında “ER 2023-cü il dövlət büdcəsinin icrası haqqında” illik hesabatın müzakirəsi zamanı müxtəlif ölkələrlə münasibətlərə toxunaraq bildirib.
“Bizim bir sıra məsələlər üzrə kifayət qədər geniş qarşılıqlı anlaşmamız var. Aydındır ki, bizim konkret razılaşmaların yerlərdə həyata keçirilməsini görməyin vaxtı çatıb” – deyə Mirzoyan bildirib.







