
Lori və Tavuş bölgələrində daşqının nəticələrinin aradan qaldırılması üçün Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin müraciəti əsasında Avropa İttifaqının Əhalinin Müdafiəsi Mexanizmi aktivləşib.
Aİ tərəfindən verilən dəstəyin operativ təşkili üçün Avropa Fövqəladə Halların İdarə Olunması Mərkəzinin koordinasiya zabiti Brüsseldən Yerevana gəlib.
Beynəlxalq yardım çağırışına ilk cavab verənlər arasında İsveçrə Konfederasiyası da var. İsveçrə də infrastrukturun vəziyyəti, bütövlüyü və bərpasının mümkünlüyü ilə bağlı araşdırmalar aparmaq üçün Ermənistana peşəkar qrup göndərib.
Qrupa mühəndislər, memarlar və fəlakət riskinin qiymətləndirilməsi üzrə mütəxəssislər cəlb olunub.
ER Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin əməkdaşlığı ilə qrup mühəndis-texniki qiymətləndirmə aparmaq üçün bu gün fəlakət zonasına gedib.







