
Finlandiya Prezidenti Aleksandr Stubb Baş nazir Nikol Paşinyanla telefon danışığına istinad edib.
“Mən Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla yaxşı söhbət etdim, digər məsələlərlə yanaşı, biz Cənubi Qafqazda regional dinamika, Finlandiyanın ATƏT-ə sədrliyi və ölkələrimiz arasında ikitərəfli münasibətlərə dair və İsveçrədə keçiriləcək Ukraynada sülh sammitinə dair fikir mübadiləsi apardıq” – Stub öz X səhifəsində qeyd edib.







