Başlıcaİctimaiyyət
Xİ nazirinin müavini: “ER vətəndaşları üçün AB vizalarının liberallaşdırılması ilə bağlı müsbət dəyişiklik olacaq”

Ermənistan vətəndaşları üçün Avropa Birliyi vizalarının liberallaşdırılması ilə bağlı müsbət dəyişiklik olacaq. Alınan məlumata görə, bu haqda Xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan parlamentin daimi komissiyalarının birgə iclasında “ER 2023-cü il dövlət büdcəsinin icrası haqqında” illik hesabatın müzakirəsi zamanı deyib.
“Avropa Birliyi ilə hüquqi müqavilələr sahəsi genişlənir. Təbii ki, Ermənistanla Avropa Birliyi arasında viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqun başlanması istiqamətinə xüsusi diqqət yetirilir.
Düşünürəm ki, çox yaxın gələcəkdə bununla bağlı müsbət xəbərlərimiz olacaq”- deyərək Hovhannisyan bildirib.







