BaşlıcaSiyasət

Ermənistan ilk dəfə müdafiə və təhlükəsizlik EUROSATORY sərgisində iştirak edəcək

Ermənistan ilk dəfə 2024-cü il iyunun 17-dən 21-dək Parisdə keçiriləcək EUROSATORY yer və hava hücumundan müdafiə və təhlükəsizlik sərgisində təmsil olunacaq.

Fransa-Ermənistan Ticarət və Sənaye Palatasından verilən məlumata görə, sərgidə 90 ölkədən 1800-dən çox iştirakçı, həmçinin 98 minə yaxın ziyarətçi və mütəxəssis iştirak edəcək.

“Ermənistan” pavilyonunda Fransa-Ermənistan Ticarət və Sənaye Palatasına üzv şirkətlərin və Ermənistan hərbi-sənaye kompleksinin şirkətlərinin nümayəndə heyəti yer alacaq.

 Bu, həmin erməni şirkətlərinə müqavilələr imzalamaq üçün ilk dəfə Avropa Beynəlxalq sərgisində öz texnologiyalarını və həllərini təqdim etmək imkanı verəcək.

Sərgi çərçivəsində iyunun 18-də GICAT stendində (Fransa Müdafiə və Təhlükəsizlik Sənayesi Təşkilatı) Ermənistanın müdafiə sahəsində ehtiyaclarına və Fransa ilə cari əməkdaşlığa həsr olunmuş Fransa-Ermənistan forumu keçiriləcək.

Konfransda Ermənistanın müdafiə naziri Suren Papikyan, ER yüksək texnologiyalı sənaye naziri Mxitar Hayrapetyan, GICAT və onun üzvləri, həmçinin Fransa-Ermənistan Ticarət və Sənaye Palatasının üzvləri iştirak edəcəklər.

EUROSATORY beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində Ermənistan pavilyonunu Tiqran Arakelyanın sədrliyi ilə Fransa-Ermənistan Ticarət və Sənaye Palatası idarə edəcəkdir.

Daha çox göstər
Back to top button