
Macarıstanın Avropa Birliyı Şurasının sədri kimi çalışacağı əsas məsələ dövlətlər arasında sülh və əməkdaşlıq məsələlərində təşəbbüslərin dəstəklənməsi olacaq.
APA-nın məlumatına görə, bu haqda Macarıstanın Xarici işlər və ticarət naziri Peter Siyarto mətbuat konfransında deyib.
O, Avropa Sülh Fondundan Ermənistana 10 milyon dollar məbləğində yardım məsələsinə də toxunub. “Hesab edirik ki, eyni cür yardım Azərbaycana da göstərilməlidir” – deyə nazir bildirib.
Xəbər verdiyimiz kimi, Macarıstan Avropa Birliyi Sülh Fondunun Ermənistana İttifaqda ilkin razılıq əldə etdiyi dəstək layihəsini əngəlləyir.







