
Rusiya sərhəd qoşunları Geqarkunik bölgəsini 2022-ci ilin sentyabr hadisələri ilə eyni gündə, bir neçə saat əvvəl tərk edib. Bu haqda Geqarkunik bölgəsinin qubernatoru Karen Sarkisyan jurnalistlərlə söhbətində deyib.
Yəni Rusiya sərhədçiləri 2022-ci ildə öhdəliklərində olan ərazilərimi tərk ediblər?- sualına qubernator belə cavab verib: “Mənim fikrimcə, oradakı ərazilər bizim Müdafiə nazirliyinə həvalə edilib. Rusların orada nə işlə məşğul olduğunu şərh edə bilmərəm”.
O, qeyd edib ki, 2022-ci il hücumundan əvvəl Rusiya sərhədçiləri Sotk ərazisində olublar. “Bölgə rəhbərliyi onları getməyə çağırmayıb. Bundan sonra onlar Yuxarı Şorja ərazisində olublar, əməliyyat təşkil etməyə cəhd ediblər, mən Azərbaycan silahlı qüvvələri ilə görüşü nəzərdə tuturam və onlar bombardmana məruz qalıb. Rusiya avtomobillərinin də vurulduğu da mətbuatda yazılıb”- deyə Sarkisyan bildirib.







