BaşlıcaSiyasət

Aİ Ermənistana təhsil komplekslərinin tikintisi və laboratoriyaların yaradılması üçün büdcə dəstəyi verəcək

Ermənistan və Avropa Komissiyası arasında “Avropa İttifaqının Ermənistanda təhsilə dəstəyi” sazişi imzalanıb və bu sazişə əsasən, Avropa İttifaqı Ermənistana qrant əsasında büdcə dəstəyi verəcək.

Avropa Komissiyası tərəfindən ER hökumətinə 2023-cü il dekabr ayında 5 milyon avro, 2024-cü il may ayında isə 1,5 milyon avro köçürülüb.

“Avropa İttifaqının Ermənistanda təhsilə dəstəyi” sazişi ER-in Ararat, Kotayk və Geğarkunik rayonlarının bütün 330 məktəbində yenilənmiş və təchiz olunmuş elmi, texnoloji, mühəndislik və riyaziyyat laboratoriyalarının yaradılmasını, həmçinin müasir metodologiyadan istifadə etməklə müəllimlərin hazırlanmasını nəzərdə tutur.

ER təhsilinin 2030-cu ilə qədər dövlət inkişaf planının bütün səviyyələrdə səmərəli həyata keçirilməsini təmin etmək üçün Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə əlavə texniki dəstək göstəriləcək.

Daha çox göstər
Back to top button