
FİFA Ermənistan və Gürcüstanın çempionata ev sahibliyi etmək üçün birgə müraciətini təsdiq edərsə, 2029-cu ilə qədər Ermənistanda beynəlxalq standartlara cavab verən və 2029-cu ildə gənclər arasında futbol üzrə dünya çempionatının keçirilməsinə xidmət edəcək üç stadion tikilməlidir.
Bu barədə Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan və Gürcüstan 2029-cu ildə gənclər arasında dünya çempionatının keçirilməsi üçün FİFA-ya birgə ərizə təqdim edəcək.
“Bu məsələ ilə bağlı ötən il Batumidə federasiyaların təklifi ilə razılığa gəldik. Mən şadam ki, proses normal məcrada gedir. İndi biz 2029-cu ilə qədər respublikada dünya çempionatının keçirilməsi standartlarına cavab verən üç stadion tikməliyik. Onlardan biri 35 minə qədər tamaşaçı olan stadion, digər ikisi isə ən azı 10 min tamaşaçı olan stadion olmalıdır”, -Paşinyan bildirib.
Öz növbəsində Təhsil və idman naziri Janna Andreasyan qeyd edib ki, belə stadionların Vanadzor və İcevanda olmasının mümkünlüyü müzakirə olunub.







