
BMT Baş Assambleyasında keçirilən səsvermənin nəticələrinə əsasən, Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvləri müəyyənləşib.
Danimarka, Yunanıstan, Pakistan, Panama və Somali iki il müddətinə müvəqqəti üzvlər seçilib.
Yeni seçilən üzvlər 2025-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlayacaq.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 ölkədən – beş daimi və Baş Assambleya tərəfindən iki il müddətinə seçilən on müvəqqəti üzvdən ibarətdir.
Daimi üzvlər isə – Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransadır.







