
İyunun 5-də respublika ərazisində başlayan təlimlər çərçivəsində Müdafiə nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin hərbi qulluqçuları informasiya təhlükəsizliyi, məxfi məlumatların sızmasının qarşısının alınması və dezinformasiyaya qarşı mübarizə mövzularında metodiki məşq keçirib.
Bu barədə Ermənistanın Müdafiə nazirliyi məlumatlandırıb.
Təlim zamanı hərbi qulluqçular ehtiyatda olan hərbi qulluqçuları Müdafiə nazirliyinin informasiya resursları və fəaliyyəti ilə ətraflı tanış edib, onları hərbi xidmət zamanı media savadlılığı qaydaları, media bacarıqları və rəqəmsal çıxışa malik əsas vasitələrlə tanış ediblər.
Təlimdə ehtiyatda olan hərbçilərə saxta xəbərlərdən, dezinformasiyadan və informasiya sızmasından necə qorunmaq barədə məlumatlandırılıb.







