Başlıcaİctimaiyyət
Cari ilin Mayında ER-na 167 049 turist gəlib: bu, ötən ilin göstəricisindən təxminən 9 min azdır

2024-cü ilin May ayında Ermənistana 167 049 turist səfər edib. Bu barədə ER Turizm komitəsindən məlumat verilib. Keçən ilin eyni ayı ilə müqayisədə turistlərin sayında azalma, 2022-ci illə müqayisədə isə artım müşahidə olunub.
“2023-cü ilin May ayında Ermənistana 176 384, 2022-ci ilin Mayında isə 116 495 turist gəlib” – deyə məlumatda qeyd olunub.
Keçən ay Ermənistana ən çox turist səfəri Rusiya (42%), Gürcüstan (14%) və İrandan (7%) qeydə alınıb.







