
Ermənistan Rusiya ilə münasibətlərdə daima sadiq tərəfdaş olub və son ana qədər Rusiyanın Ermənistanı tək qoymayacağına inanıb.
Alınan məlumatına görə, bu haqda jurnalistlərlə keçirdiyi brifinqdə parlamentin sədri Alen Simonyan Ermənistan nümayəndə heyətinin Ukraynanın Buça şəhərinə səfəri ilə bağlı Rusiya Xarici işlər nazirliyinin Ermənistan XİN-ə etiraz notası göndərməsinə münasibət bildirib.
Rusiya Xarici işlər nazirliyi bu səfəri “Yerevanın qeyri-dost addımı” olaraq qiymətləndirib.
“Xarici İşlər nazirliyi adından qeyri-dost hərəkətlərə münasibət bildirmək fikrində deyiləm. 2020-ci ildən sonrakı öz hərəkətlərinə baxsınlar. Ermənistan özünü daima sadiq tərəfdaş kimi aparıb, uşaq sadəlövhlüyünə inanıb, son ana qədər Rusiyanın Ermənistanı tək qoymayacağına, Ermənistan Respublikasını və erməni xalqını “tərk etməyəcəyinə” ümid edib.
Söz üçün üzr istəyirəm. Rusiya hakimiyyəti Ermənistan Respublikasını və erməni xalqını “atdı”. Bizə yalan danışdılar, bizi tək qoydular” – deyə Simonyan bildirib.
Milli Assambleyanın sədri qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin İsrail sərhədlərinə yaxınlaşaraq minlərlə raket atmağa başladığı zaman, Kiprdən İsrailə təyyarələrin yardıma uçmasını cüzi də olsa həsəd və təəccüblə seyr edib.
“Mən 44 günlük müharibəyə imkan verməyə dəyər olub-olmamasından, Rusiya Federasiyasının 2020-ci ildə (o vaxt Ukraynada müharibə yox idi) o qədər zəif olub-olmamasından danışmıram ki, gəlib bizim oğullarımızı öldürməyə icazə verdi.
Xəzərdə məgər Azərbaycana bir az da yaxınlaşan gəmi yox idimi ki, bütün müharibə boyu biz sadəlövh uşaqlar kimi ümid edirdik ki, birtəhər müharibəni dayandıra bildik və bütün mümkün variantları sınadıq”- deyə deyə Simonyan qeyd edib.
Rusiya Xarici işlər nazirliyi Ermənistanın səfiri Vladimir Karapetyanın Ukraynanın Buça şəhərinə və Yerevanın Nor Nork inzibati ərazi dairəsinin rəhbəri Tiqran Ter-Markaryanın səfəri ilə bağlı Ermənistan Xarici işlər nazirliyinə etiraz notası göndərərək onun səfərini “açıq-aşkar qeyri-dost hərəkəti” kimi qiymətlənd







