BaşlıcaSiyasət

44 günlük Artsax müharibəsi iştirakçıları arasında intiharlar həyəcan doğurur: Azərbaycanın müxalif partiyası təcili addımlar atmağa çağırır

Yerli mətbuat vasitələri yazırlar ki, Azərbaycanın müxalif “Müsavat” partiyası bü günlərdə çağırılan iclasda bir sıra təcili məsələləri, o cümlədən 44 günlük Artsax müharibəsinin iştirakçıları arasında intiharların həyəcanverici tendensiyasını müzakirə edib. Artsax müharibəsi iştirakçıları Ədalət İsmayılov və Mircavid Bədirovun ciddi sosial problemlər səbəbindən intiharı iclasda xüsusilə ciddi müzakirə mövzusuna çevrilib.

“Müsavat” partiyası hakimiyyəti onların problemlərinin həlli üçün kompleks tədbirlər görməyə çağırıb. Partiya ayrı şəxslərin, xüsusilə  vətənə xidmət etmiş şəxslərin çağırış və ehtiyaclarına həssas və effektiv cavab verilməsinin vacibliyini vurğulayıb. Partiya hakimiyyəti “bu xoşagəlməz hadisələrin əsas səbəblərini anlamaq və həll etmək üçün” təcili və mənalı addımlar atmağa qəti şəkildə çağırıb.

Partiya həmçninin hərtərəfli hazırlığın zərurətini vurğulayaraq Azərbaycanda növbədənkanar parlament seçkilərinin imkanını müzakirə edib.

Görüşdə son Avropa Parlamentinin seçkiləri müzakirə edilib. Fransa və Almaniyada ifrat millətçi qüvvələrin artan təsirindən narahatlıq yaranıb. “Müsavat” partiyası seçkilərdə onların müttəfiqi olan Avropa Liberal-demokrat birliyinin (ALDE qrupu) üçüncü yeri tutmasını məmnunluqla qeyd edib. Bundan başqa, “Müsavat” partiyası prezident İlham Əliyevin Avropaya inteqrasiya əleyhinə son bəyanatlarına münasibət bildirib.

Partiya Avropaya inteqrasiyaya öz sadiqliyini təsdiqləyərək, bunun Azərbaycanın milli maraqlarına və konstitusiya dəyərlərinə uyğun olduğunu vurğulayıb.

Əlavə edək ki, müxtəlif məlumatlara görə, Artsaxa qarşı başlanmış 44 günlük müharibənin azərbaycanlı iştirakçıları arasında intiharların sayı 80-i ötüb. Onlar həyatlarını əsasən özünü yandırmaq, asmaqla başa vurublar, 50-dən çox şəxs isə intihara cəhd edib.

Sonuncu hadisə İyunun 6-da baş verib. Daşkəsənin Çıraqlı kənd sakini 28 yaşlı Ədalət İsmayılov öz üzərinə benzin tökərək özünü yandırıb. İsmayılov ağır vəziyyətdə Bakıya aparılıb. O, yerli xəstəxanalardan birində dünyasını dəyişib.

Daha çox göstər
Back to top button