BaşlıcaSiyasət

ER Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayanı qəbul edib.

ER Baş naziri və ABŞ dövlət katibinin müavini Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin müzakirəsinə toxunublar.

Baş nazirlikdən verilən məlumata görə, Nikol Paşinyan Yerevanda ER-ABŞ strateji dialoqunun yekun sessiyasının keçirilməsini vurğulayıb və bunun çoxtərəfli inkişafa və sektoral əməkdaşlığı möhkəmlənməyə yeni təkan verəcəyinə inandığını bildirib.

ER Baş naziri Nikol ABŞ-ın Ermənistanda həyata keçirilən demokratik islahatlara ardıcıl dəstəyini vurğulayıb. O, qeyd edib ki, mayın 5-də Brüsdə keçirilən ER-AB-ABŞ yüksək səviyyəli görüşündə əldə olunmuş razılaşmaların səmərəli şəkildə həyata keçirilməsi vacibdir.

Ceyms O’Brayen görüşün səmərəli keçdiyini məmnunluqla qeyd edib və əlavə edib ki, ABŞ administrasiyası islahatların təşviqi məqsədilə ER hökumətinə müxtəlif istiqamətlərdə dəstəyini davam etdirəcək.

Söhbət zamanı Ermənistan-Azərbaycan sülh müqaviləsinin müzakirəsi, Alma-Ata bəyannaməsinə əsaslanan sərhədlərin demarkasiyası prosesi, ER hökumətinin “Sülh kəsişməsi” layihəsi və onun prinsiplərinə toxunulub.

Baş nazir Paşinyan hökumətin Dağlıq Qarabağdan məcburi köçkünlərin mənzillə təminatı proqramını təsdiqlədiyini və onun həyata keçirilməsində beynəlxalq tərəfdaşların dəstəyinin vacibliyini vurğuladı

Daha çox göstər
Back to top button