BaşlıcaSiyasət

Rusiya və İran strateji əməkdaşlıq sazişinin hazırlanmasını dayandırıb

Rusiya Xarici işlər nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov RİA Novosti-yə müsahibəsində deyib ki, Moskva və Tehran İran tərəfindəki problemlərə görə strateji əməkdaşlıq sazişinin hazırlanmasını müvəqqəti dayandırıb.

 “Bu heç vaxt öz gücünü itirməyib və son hadisələrlə [İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı deyil” –  deyə  Kabulov izah edib.

Diplomat əlavə edib ki, Rusiya ilə İran arasında hərtərəfli əməkdaşlıq sazişinin bağlanması hər iki ölkə rəhbərliyinin strateji qərarıdır.

 “Şübhə yoxdur ki, bu işlər sazişin mətni üzrə razılaşmaya qədər yekunlaşacaq və bundan sonra iki ölkə liderləri imzalanma vaxtı və yeri barədə qərar verəcəklər.

Moskva ilə Tehran arasında münasibətlər 2001-ci ildə imzalanmış “Əlaqələrin əsasları və əməkdaşlıq prinsipləri haqqında” saziş (sənəd beş ildən bir yenilənir) əsasında qurulur.

Lakin son illər tərəflər qarşılıqlı olaraq belə qənaətə gəliblər ki, sənəd geosiyasi vəziyyətin yeni reallığına və qarşılıqlı fəaliyyətin yüksək səviyyəsinə uyğun gəlmir.

Yeni müqavilənin yaradılması üzrə aktiv iş 2022-ci ilin əvvəlində, Rusiya Federasiyası Prezidentinin səfərindən sonra başladı. Kabulov izah edir ki, iki il sonra layihə “yüksək hazırlıq səviyyəsində idi”.

“Ancaq sonra iranlı tərəfdaşlar bəzi dəyişikliklər etdi ki, bu da Rusiyada yeni idarələrarası təsdiq tələb etdi”- deyə o, qeyd edib. Müqavilənin bağlanmasının təxmini tarixləri məlum deyil.

 İyunun 5-də RF Prezidenti Vladimir Putin bildirib ki, Rusiya ilə İran arasında münasibətlər bir çox sahələrdə yaxşı inkişaf edir. “Bizim bütöv birgə iş proqramımız var, biz ticarət-iqtisadi əlaqələri inkişaf etdiririk.

Təbii ki, biz həqiqətən də yüksək texnologiyalar sektorunun inkişafı istiqamətində əlavə səylər göstərmək istəyirik” – deyə o, qlobal xəbər agentliklərinin rəhbərləri ilə görüşü zamanı bildirib.

Eyni zamanda, dövlət başçısı vurğulayıb ki, “bütün məhdudiyyətləri” nəzərə almalı olsaq “o qədər də asan deyil, lakin mümkündür”.

Mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button