
İyunun 16-da İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.
Tərəflər təhlükəsizlik sahəsində Ermənistan-Amerika əməkdaşlığını müzakirə edib və Ermənistanın müdafiə və təhlükəsizlik imkanlarının artırılması, eləcə də müqavimət məsələlərində ABŞ-ın dəstəyindən danışıblar.







