
ABŞ Dövlət Departamenti son iki ildə vizaların gözləmə müddətini azaltmağa çalışır. Ötən il biz Ermənistanda 67 faiz çox qeyri-immiqrasiya vizası vermişik. İyunun 17-də ABŞ dövlət katibinin birinci müavini Riçard Verma yerli demokratiya məsələlərinə həsr olunmuş erməni-amerikan konfransındakı çıxışında bunu qeyd edib.
“Söhbət ABŞ və Ermənistan hökumətlərində kommersiya əlaqələri yaradan biznes liderlərindən də gedir. Bizim işimiz ticarəti inkişaf etdirməyə imkan verən ideyalar təyin etmək və inkişaf etdirməkdir və ermənilər, amerikalılar üçün real imkanlar yaradır. Ticarət əlaqələrimiz 2020-2023, 96 milyondan 330 milyon dollaracan üç dəfə artıb.
Biz Amerika və Ermənistan özəl sektorları arasında tərəfdaşlığı necə dərinləşdirə biləcəyimizi araşdıracağıq.
ABŞ erməni xalqı naminə Ermənistanın dinc, demokratik gələcəyini dəstəkləməyə hazırdır. Biz bu istiqamətə sərmayə qoyuruq və bizim dəstəyimizlə proqramlar son bir neçə ildə demək olar ki, iki dəfə artıb.
Ermənistan-Amerika münasibətlərində yalnız bir yol var, o da tərəqqi yoludur. Gəlin bu istiqamətdə hərəkət edək” – deyərək o, vurğulayıb.







