BaşlıcaSiyasət

Arayik Harutyunyan və Aİ səfiri Ermənistan-Aİ əməkdaşlığının gündəm məsələlərini müzakirə ediblər

Baş Nazir Aparatının rəhbəri Arayik Harutyunyan Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos ilə görüşüb.

Hökumətin mətbuat xidməti xəbər verir ki, həmsöhbətlər Ermənistan-Avropa İttifaqı əməkdaşlığının bir sıra gündəlik məsələlərini müzakirə ediblər. Xüsusilə, Aİ-nin dəstəyi ilə ölkəmizdə həyata keçirilən islahatların uğurlu gedişinə, demokratik təsisatların inkişafı, strateji kommunikasiya islahatları və digər istiqamətlərdə həyata keçirilən proqramlara toxunulub. Bu il aprelin 5-də Brüsseldə keçirilmiş Ermənistan-Aİ-ABŞ yüksək səviyyəli görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin əhəmiyyəti hər iki tərəf tərəfindən vurğulanıb.

Tərəflər səmərəli əməkdaşlıqdan məmnun olduqlarını bildirib və bu istiqamətdə ardıcıl addımların atıldığını vurğulayıblar.

Daha çox göstər
Back to top button